13/10/2021
23:03
906
| A A A
Milan-da yeni qapıçı

Milan heyətini yeni qapıçı ilə gücləndirib.

Goal.az xəbər verir ki, Milan şəhərinin eyniadlı təmsilçisi Antonio Miranteni transfer edib.

38 yaşlı qolkiperlə cari mövsümün sonunadək müqavilə imzalanıb. Təcrübəli qapıçı yeni komandasına azad agent kimi keçib.

Milan əsas qapıçısı Mik Menyanın 10 həftəlik sıradan çıxmasından sonra Mirante ilə danışıqlara başlamışdı.

Qeyd edək ki, son klubu Roma olan Antonio Mirante bu ilin iyununda "canavarlar"la vidalaşıb.