14/10/2021
16:46
1793
| A A A
Monaco-dan Real Madrid-ə

Monaco futbolçusu Orelyen Çuameninin transfer dəyərini müəyyənləşdirib.

Goal.az xəbər verir ki, Liqa 1 təmsilçisi adı Real Madrid-lə hallanan 21 yaşlı oyunçu üçün azı 60 milyon avro tələb edir. Bu barədə Marca nəşri məlumat yayıb.

Çuameni bu mövsüm Monaco ilə 15 oyuna çıxıb və 2 qolla yadda qalıb. Yarımmüdafiəçi Fransa millisi ilə UEFA Millətlər Liqasının qalibi olub.