20/10/2021
18:49
2094
| A A A
Leipzig-dən Manchester City-yə

Manchester City heyətinə yeni futbolçu qatmaq niyyətindədir.

Goal.az xəbər verir ki, klub Leipzig-dən Dani Olmonu almağı planlaşdırır. "Şəhərlilər" 23 yaşlı yarımmüdafiəçini növbəti qış transfer pəncərəsində almağı düşünür. Lakin klub bu keçidə görə 50 milyon avro ödəməli olacaq.

Qeyd edək ki, daha əvvəl Leipzig Barcelona-nın və Manchester United-in Olmo üçün göndərdiyi təklifi rədd edib.