20/10/2021
21:02
3076
| A A A
Özil Premyer Liqaya qayıda bilər

Fenerbahçe yarımmüdafiəçisi Mesut Özil karyerasının yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Goal.az xəbər verir ki, onun xidmətində Newcastle United  maraqlıdır.

Məlumatı türkiyəli jurnalist Ekrem Konur yayıb.

Bu mövsüm Özil İstanbul təmsilçisinin formasıyla 10 oyuna çıxaraq 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.