08/11/2021
14:21
7703
| A A A
Benzema klubunu dəyişmək fikrindədir

Kərim Benzema mövsümün sonunda Real Madrid-i tərk edə bilər.

Goal.az xəbər verir ki, bu, “kral klubu”nun transfer siyasətindən asılı olacaq.

Madrid təmsilçisi gələn yay Dortmund Borussia-sının hücumçusu Erlinq Holandı heyətinə cəlb etməyi planlaşdırır. Əgər bu keçid reallaşarsa, Benzema başqa komandaya yollanmağı nəzərdən keçirəcək. Newcastle-ın təklifini rədd edən ulduz futbolçu PSG və ya sabiq klubu Lyon üçün Fransaya qayıtmağa qarşı deyil. O, xüsusən də, PSG-nin formasını geyinməkdə maraqlıdır.

Qeyd edək ki, Benzema bu mövsüm 15 oyunda 14 qol vurub, 8 məhsuldar ötürmə verib.