15/11/2021
12:22
10214
| A A A
Neymar klubunu dəyişir

PSG-nin hücumçusu Neymar sabiq komandasına - Barcelona-ya qayıda bilər.

Goal.az xəbər verir ki, informasiyanı "El Nacional" yayıb.

Mənbə Paris klubunun prezidenti Nasser Əl-Xelaifinin Neymarı satmaq və gələn yay heyəti yeniləmək fikrində olduğunu vurğulayıb.

Yazılanlara inansaq, PSG başqanı vasitəçilərin köməyi ilə artıq braziliyalının xidmətini bir neçə İngiltərə təmsilçisi ilə yanaşı, Barcelona-ya da təklif edib.

2013-2017-ci illər aralığında Kataloniya komandasında top qovan 29 yaşlı Neymarı Fransa klubu 222 milyon avro qarşılığında heyətinə qatıb. Onun parislilərlə olan müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir.(fanat)