26/12/2021
12:07
9810
| A A A
PSG ulduz futbolçularını satmaq məcburiyyətindədir

PSG növbəti iki transfer pəncərəsində futbolçu satışından ən azı 100 milyon avro gəlir əldə etməlidir.

Goal.az xəbər verir ki, PSG 2022-ci ilin iyun ayına qədər bunu etməsə, klub maliyyə feyr-pley normalarını pozmuş olacaq və bu məbləği PSG-nin sahibi “Qatar Sports Investments” ödəməli olacaq.

Qeyd edək ki, parislilər qapıçı Serxio Riko, müdafiəçilər Leven Kurzava, Tilo Kehrer, Abdu Diallo, yarımmüdafiəçilər Rafinya, Yulian Draksler və hücumçu Mauro İkardi ilə yollarını ayırmağı planlaşdırır