30/12/2021
23:37
8338
| A A A
Dembele İtaliya nəhənginə keçir

Barcelona-nın fransalı futbolçusu Usman Dembele klubunu dəyişməyə hazırlaşır.

Goal.az xəbər verir ki, bu barədə Diario Sport məlumat yayıb.

24 yaşlı yarımmüdafiəçi Juventus-la razılaşıb. Tərəflərin yaxında rəsmi müqavilə imzalayacağı bildirilib.

Qeyd edək ki, Dembele 2017-ci ildən Barcelona-da çıxış edir. O, bu mövsüm La Liqada 5 matçda meydana çıxıb, 2 qol ötürməsi verib. Dembelenin Barcelona ilə hazırkı müqaviləsi mövsümün sonunda başa çatır.