04/01/2022
18:01
10538
| A A A
Hazard üçün 4 klub hərəkətə keçdi

Real Madrid-in hücumçusu Eden Hazard yanvarda klubunu dəyişməyə yaxındır.

Goal.az xəbər verir ki, belçikalı ilə 4 komanda yaxından maraqlanır. Hazard yenidən Premyer Liqaya qayıda bilər. West Ham və Newcastle United əsas namizədlər kimi görünür. Həmçinin belçikalı uğrunda mübarizəyə Milan və Borussia Dortmund da qoşulub.

Qeyd edək ki, bu mövsüm Hazard Real Madrid forması ilə 15 oyun keçirib və cəmi 1 məhsuldar ötürmə ilə yadda qalıb.