09/01/2022
15:26
7482
| A A A
Ronaldo klubunu dəyişə bilər

Kriştiano Ronaldo bu mövsüm başa çatdıqdan sonra Manchester United-i tərk edə bilər.

Goal.az xəbər verir ki, portuqaliyalı "Qırmızı şeytanlar"ın hazırkı nəticələrindən və klubun durumundan narazıdır. Ronaldo artıq bu vəziyyəti agenti Jorge Mendes ilə də müzakirə edib. Vəziyyət dəyişməzsə, Kriştiano Manchester United-i tərk edəcək.

Qeyd edək ki, Ronaldo bu mövsüm Mançester klubunun heyətində 16 oyun keçirdib, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.