Ronaldo Barcelona-ya keçir?
Manchester United-in hücumçusu Kriştiano Ronaldo klubu tərk etməyə yaxındır.
Goal.az xəbər verir ki, futbolçu Manchester United-in düşdüyü vəziyyətdən – məşqçilər korpusunda olan mütəmadi dəyişikliklər, heyətdə rotasiya və qeyri-qənaətbəxş nəticələrdən artıq bezib.
Yayılan şayələrə görə portuqaliyalı ulduz Barcelona-nın rəhbərləri ilə yaxşı münasibətdə olan agenti ilə danışıb. İddialara görə, Xorxe Mendeş futbolçunu kataloniyalılara təklif edə bilər.