14/01/2022
16:09
3676
| A A A
Manchester United Poqba-nın əvəzləyicisini tapıb

Manchester United Napoli-nin yarımmüdafiəçisi Fabiyan Ruizi transfer etməyə hazırlaşır.

Goal.az xəbər verir ki, “qırmızı şeytanlar” müqaviləsi iyunda başa çatacaq Pol Poqbanı əvəzləmək üçün mümkün variantları nəzərdən keçirməyə artıq başlayıb. Manchester United-in yay transfer pəncərəsi üçün əsas hədəfi Ruiz olduğu bildirilir.

Qeyd edək ki, ispan futbolçu bu mövsüm Napoli-nin heyətində 16 oyun keçirdib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.