14/01/2022
16:40
14363
| A A A
Argentinalı ulduz Real Madrid-ə keçə bilər

Real Madrid Juventus-un hücumçusu Paulo Dibalanı heyətinə qata bilər.

Goal.az xəbər verir ki, Turin klubu futbolçu ilə müqavilə şərtlərini razılaşdıra bilmirlər. “Kral klubu" bu gedişatı yaxından izləyir və lazım olduqda Juventus-a Dibala üçün müraciət etməyə hazırdır.

Xatırladaq ki, Dibalanın müqaviləsi gələn ilin yayında başa çatır. Futbolçunun bazar dəyəri isə 50 milyon avro məbləğində dəyərləndirilir.