14/01/2022
22:26
2958
| A A A
Arsenal-dan Juventus-a

Juventus Arsenal-ın hücumçusu Pyer-Emerik Obameyanq üçün təklif göndərməyə hazırlaşır.

Goal.az xəbər verir ki, Turin klubu Federiko Kyezanın ciddi zədəsindən sonra hücumçu axtarışındadır. Juventus “topçular"la müqaviləsi 2023-cü ilin yayında başa çatacaq Obameyanqla müqavilə bağlaya bilər.

Qeyd edək ki, Aubameyanq cari mövsüm ərzində 15 oyuna 7 qol vurub.