14/01/2022
21:25
2449
| A A A
Xuan Mata La Liqaya qayıdır

Real Sociedad daha bir ulduz futbolçu ilə heyətini gücləndirə bilər.

Goal.az xəbər verir ki, İspaniya təmsilçisi Manchester United-in yarımmüdafiəçisi Xuan Matanın xidmətində maraqlıdır.

La Liqa təmsilçisi İspaniya millisinin üzvü ilə mövsümün sonunda azad agent kimi anlaşmağı planlaşdırır. Real Sociedad rəhbərliyi indidən Matanın ilkin razılığını almağa çalışır.

Qeyd edək ki, 2014-cü ildən Manchester United-in formasını geyinir.