Hazard Real Madrid-dən ayrılır
Real Madrid-in futbolçusu Eden Hazard İspaniya nəhəngindən ayrılmağa qərar verib.
Goal.az xəbər verir ki, belçikalı artıq karyerasını davam etdirəcəyi klubu da müəyyənləşdirib.
Hazard yenidən Chelsea-yə qayıtmaq niyyətindədir. Real rəhbərliyi də bu keçiddə maraqlıdır.
Qeyd edək ki, Eden cari mövsümün 16 oyununda yalnız 2 assistə imza ata bilib.