18/01/2022
11:26
1914
| A A A
Kristensen top klubların hədəfindədi

Chelsea-nin futbolçusu Andreas Kristensen yayda klubu tərk edə bilər.

Goal.az xəbər verir ki, danimarkalı müdafiəçi ilə Bayern Münich, Atletico Madrid və Milan yaxından maraqlanır.

Kristensenin Chelsea ilə müqaviləsi yaya qədərdir. “Zadəganlar” 25 yaşlı futbolçu ilə yeni müqavilə şərtlərində razılığa gələ bilməyib.

Qeyd edək ki, Kristensen bu mövsüm Chelsea ilə 21 oyuna çıxıb.