Manchester United-in ulduzu Juventus-a keçə bilər
Manchester United-in hücumçusu Antoni Marsial karyerasını Juventus-da davam etdirə bilər.
Goal.az xəbər verir ki, fransız futbolçu agentinə Turin klubuna keçməyə hazır olduğunu bildirib. Juventus hücumçunu icarəyə götürmək niyyətindədir, həmçinin onlar Manchester United-dən futbolçunun maaşının bir hissəsini ödəməsini istəyir.
Xatırladaq ki, Marsial bir müddət əvvəl “qırmızı şeytanlar”ın baş məşqçisi Ralf Ranqniklə münaqişə yaşamışdı.