20/01/2022
11:41
1631
| A A A
Türkiyə klubu Qarabağ-ın hücumçusu ilə maraqlanır

Qarabağ-ın futbolçusu İbrahima Vadji karyerasını Türkiyədə davam etdirə bilər.

Goal.az xəbər verir ki, 26 yaşlı hücumçu ilə Kocaelispor klubu yaxından maraqlanır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, 1-ci liqa təmsilçisinin Vadjini mövsümün sonuna qədər icarəyə götürmək istədiyi bildirilib.

Seneqallı hücumçunun Qarabağ-da özünü xoşbəxt hiss etmədiyi və bu səbəbdən klubdan ayrılmağa müsbət yanaşdığı qeyd olunub.

Vadjinin Qarabağ-la müqaviləsi 2024-cü ilin yayına qədərdir. O, bu mövsüm Ağdam təmsilçisi ilə 15 oyunda 5 qol vurub.