Real Madrid məşhur futbolçunu almaq fikrindən daşınıb
Real Madrid qış transfer pəncərəsində müdafiəçi Mattias Ginteri almaq fikrindən daşınıb.
Goal.az xəbər verir ki, 27 yaşlı futbolçunun Borussia Mönchengladbach-la müqaviləsi yayda başa çatır, lakin Madrid klubu indiki mərhələdə futbolçunu endirimli qiymətə belə almağa razı deyil.
Qeyd edək ki, Borussia bu yaxınlarda Ginterin yayda klubdan pulsuz ayrılacağını açıqlamışdı.