21/01/2022
13:55
6728
| A A A
Barcelona-nın növbəti transfer hədəfi

Bayer Leverkusen-in hücumçusu Patrik Şik Barcelona-ya keçə bilər.

Goal.az xəbər verir ki, 25 yaşlı futbolçunun agenti Kataloniya klubunun nümayəndələri ilə danışıq aparıb.

Sözügedən forvardın təmsilçisi Barcelona-nın idarəçilərinə transferin bu ay rəsmiləşdirilməsini təklif edib.

Qeyd edək ki, Şik cari mövsüm Bundesliqada keçirdiyi 16 oyuna 18 qol vurub və 3 asisst edib.