22/01/2022
11:21
6870
| A A A
Dembele üçün ilk təklif gəldi

Barcelona Usman Dembeleyə yeni müqavilə imzalamaqdan imtina etdiyi üçün, qış transfer pəncərəsi bağlanana qədər klubu tərk etməli olduğu barədə məlumat verib.

Goal.az xəbər verir ki, Chelsea-nın baş məşqçisi oyunçunun transferində maraqlıdır. “Zadəganlar” Dembelenin transferi üçün Barcelona-ya 4 milyon avro təklif etməyə hazırdır. Kataloniya komandası futbolçunu bu transfer pəncərəsi satmasa mövsümün sonu onu pulsuz itirəcək.