23/01/2022
14:34
2746
| A A A
Real Madrid-in ulduzu PSG-yə keçə bilər

Real Madrid-in hücumçusu Marko Asensio karyerasını Fransada davam etdirə bilər.

Goal.az xəbər verir ki, PSG 26 yaşlı futbolçu ilə maraqlanır. Futbolçunun transfer qiyməti 40 milyon avro məbləğində qiymətləndirilir.

Qeyd edək ki, Asensionun Real-la müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.