23/01/2022
18:26
1380
| A A A
Galatasaray keçmiş futbolçusunu icarəyə götürdü

Galatasaray heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Galatasaray Benfica-nın yarımmüdafiəçisi Cedson Fernandeşlə anlaşıb.

İstanbul təmsilçisi 23 yaşlı futbolçunu 1,5 milyon avro qarşılığında icarəyə götürüb. Portuqaliyalı futbolçu ilə 1,5 illik müqavilə imzalanacaq.

Xatırladaq ki, Cedson Fernandeş ötən mövsümün ikinci yarısını da icarə əsasında Galatasaray-da keçirib.