06/05/2022
11:15
12120
| A A A
Ronaldo Manchester United-də qalmaq üçün öz şərtini açıqlayıb

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo Manchester United-də qalmaq üçün öz şərtini açıqlayıb.

Goal.az xəbər verir ki, 37 yaşlı hücumçu yalnız yeni baş məşqçi Erik ten Haq ona komandada əsas rol verəcəyi təqdirdə "qırmızı şeytanlar"ı tərk etməyəcəyini bildirib.

Hələlik onun Mançester təmsilçisindəki gələcəyi ilə bağlı hər hansı narahatlıq yoxdur. Sadəcə, futbolçunun agenti Jorje Mendeş klub rəhbərliyindən dəqiq cavab gözləyir.

Qeyd edək ki, Kriştiano Ronaldonun Manchester United ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. (report)