08/05/2022
13:17
3259
| A A A
Borussia Dortmund hücumçusunu satışa çıxarır

Borussia Dortmund futbolçusu Yusuf Mukokunu satmağa qərar verib.

Goal.az xəbər verir ki, klub rəhbərliyi icarə ilə bağlı təklifləri qəbul etməyəcək.

Bundesliqa təmsilçisi 17 yaşlı hücumçunun satışından qazanc əldə etməyi planlaşdırır. Onun satışına səbəb Mukokonun yeni müqavilə imzalamaqdan imtinasıdır.

Qeyd edək ki, Yusufun anlaşması 2023-cü ildə başa çatacaq.