09/05/2022
15:11
7763
| A A A
Sterlinq Manchester City-dən ayrılır

Manchester City-nin futbolçusu Rahim Sterlinq klubunu dəyişə bilər.

Goal.az xəbər verir ki, 27 yaşlı futbolçu Arsenal-ın transfer siyahısına düşüb.

“Topçular” Sterlinqi yayda heyətinə qatmağı planlaşdırır. 

Qeyd edək ki, Rahim cari mövsümün 41 oyununda 14 qol vurub.