09/05/2022
19:39
2890
| A A A
Mbappe transfer danışıqları üçün Madridə yollanıb

PSG-nin futbolçusu Kilian Mbappe İspaniyanın paytaxtı Madridə yollanıb.

Goal.az xəbər verir ki, 24 yaşlı hücumçu Paris təmsilçisindən komanda yoldaşı Əşrəf Hakimi ilə birlikdə görüntülənib.

Forvardın bu addımı onun Real Madrid-ə transfer olunacağı ilə bağlı iddiaları gücləndirib.

Qeyd edək ki, Killian Mbappenin PSG ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq. (report)