12/05/2022
23:23
1281
| A A A
Aston Villa Koutinyonu birdəfəlik transfer etdi - RƏSMİ

Aston Villa Barcelona-nın futbolçusu Filippe Koutinyonu tam transfer edib.

Goal.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ilə 2026-cı ilin yayınadək müqavilə imzalanıb.

30 yaşlı "sambaçı" cari mövsümün ikinci yarısından icarə əsasında Birmingem klubunda çıxış edirdi.

Qeyd edək ki, Filippe Koutinyo Aston Villa-da keçirdiyi 16 oyunda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.