13/05/2022
10:00
833
| A A A
Aston Villa hücumçusunu satmaqdan imtina edib

Aston Villa hücumçusu Oliver Uotkinsi satmaqdan imtina edib.

Goal.az xəbər verir ki, klub rəhbərliyi West Ham-dən aldığı təkliflə razılaşmayıb.

Aston Villa Oliver üçün 50 milyon funt sterlinq tələb edir. Bu qədər pul xərcləməyi planlaşdırmayan West Ham-in aşağı məbləğli təklifi də bu üzdən qəbul olunmayıb.

Qeyd edək ki, Uotkins mövsümün 33 oyununda 10 qol vurub. (apasport)