Poqba İtaliyaya qayıda bilər
Manchester United-in yarımmüdafiəçisi Pol Poqba mövsümün sonu klubu tərk edəcək.
Goal.az xəbər verir ki, fransız futbolçuyla onun keçmiş komandası Juventus yaxından maraqlanır. Poqbanın MU ilə müqaviləsi bu yay başa çatır və o azad agent kimi Turin klubuna keçə bilər.
Juventus Poqbaya həftəsinə 160 min funt-sterlinq qazanacağı müqavilə təklif etməyi düşünür.