Real Madrid-dən Fenerbahçe-yə
Real Madrid-in futbolçusu Mariano Dias yayda Madrid klubunu tərk etmək niyyətindədir.
Goal.az xəbər verir ki, 28 yaşlı hücumçu karyerasını Türkiyədə davam etdirə bilər.
Dominikanlı futbolçu Fenerbahçe-yə keçəcəyi gözlənilir. İstanbul klubu Mariano üçün 6 milyon avro ödəməli olacaq.
Qeyd edək ki, Diasın Real-la müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. Cari mövsümdə cəmi 9 matça çıxan hücumçu 1 assistə imza atıb. (apasport)