Bayern Levandovskini bu qiymətə satmağa razıdır
Bayern Münich-in hücumçusu Robert Levandovski mövsümün sonu klubu tərk edə bilər.
Goal.az xəbər verir ki, Münhen təmsilçisi polşalı futbolçunu 40 milyon avroya satmağa razıdır. Levanın Bayern-lə müqaviləsi 2023-cü ildə başa çatır. 33 yaşlı forvard klubla yeni müqavilə imzalamaq niyyətində deyil.