Altay Bayındır məşhur klubun hədəfində
Ajax heyətini yeni qapıçı ilə gücləndirmək istəyir.
Goal.az xəbər verir ki, Amsterdam təmsilçisi Fenerbahçe-də çıxış edən Altay Bayındırın xidmətində maraqlıdır. "Qırmızı-ağlar"ın rəhbərliyi skautların bəyəndiyi Türkiyə millisinin üzvü üçün mövsüm bitdikdən sonra İstanbul klubuna təklif göndərəcək.
Qeyd edək ki, 24 yaşlı qolkiper bu mövsüm 29 matçda meydana çıxıb.