İkardi PSG-dən ayrılır
PSG-nin hücumçusu Mauro İkardi iki İtaliya klubunun maraq dairəsinə düşüb.
Goal.az xəbər verir ki, Napoli və Lazio argentinalı forvard üçün mübarizə aparacaq.
İkardinin son çempionla müqaviləsinin müddəti 2024-cü ildə başa çatır. Bu mövsüm İkardi bütün yarışlarda 30 matçda 5 qol vurub.