14/05/2022
11:00
1145
| A A A
Ronaldo gələcəyi ilə bağlı qərar verməyib

Manchester United-in hücumçusu Kriştiano Ronaldo gələcəyi ilə bağlı qərar verməyib.

Goal.az xəbər verir ki, Manchester United gələn mövsüm Çempionlar Liqasında iştirak etməyəcək. Ronaldo məhz bu səbəbdən komandanı tərk edə bilər. Ronaldonun MU ilə 2023-cü ilə qədər müqaviləsi var. 

Qeyd edək ki, bu mövsüm Ronaldo 30 oyun keçirib, 18 qol vurub və 3 məhsuldar ötürmə edib.