14/05/2022
16:40
1408
| A A A
Di Mariya PSG-ni tərk edir

PSG-nin yarımmüdafiəçisi Anxel Di Mariyanın yeni klubu böyük ölçüdə məlumdur.

Goal.az xəbər verir ki, Argentina millisinin üzvü Juventus-a keçməyə hazırlaşır.

34 yaşlı hücumameylli oyunçu turinlilərlə müqavilə imzalamağa yaxındır. Bir müddətdir tərəflər arasında danışıqlar gedir. Di Mariyanın keçidinin gələn həftə rəsmən açıqlanması gözlənilir.

Qeyd edək ki, Anxelin Fransa çempionu ilə sözləşməsi mövsümün sonuna qədərdir. O, cari mövsüm Liqa1-də 24 oyunda 3 qol vurub, 6 assist edib. (apasport)