14/05/2022
17:50
588
| A A A
CSKA Siqurdssonu satacaq

CSKA yarımmüdafiəçisi Arnor Siqurdssonu mövsümün sonu klubdan göndərəcək.

Goal.az xəbər verir ki, hazırda Venezia-da icarə əsasında çıxış edən Siqurdsson CSKA-nın gələcək planlarına daxil deyil. Futbolçu yay transfer pəncərəsində klubunu dəyişəcək.

Qeyd edək ki, islandiyalı futbolçu bu mövsüm Venezia-nın heyətində cəmi 9 oyun keçirib və heç bir məhsuldarlığı ilə yadda qalmayıb.