14/05/2022
18:25
858
| A A A
Borussia Dortmund Vitsellə bağlı qərar verib

Aksel Vitsel mövsümün sonunda Borussia Dortmund-u tərk edəcək.

Goal.az xəbər verir ki, bunu Almaniya klubunun mətbuat xidməti açıqlayıb.

Belçikalı yarımmüdafiəçi ilə müqavilənin uzadılmaması barədə qərar qəbul olunub. Anlaşması başa çatan 33 yaşlı futbolçu azad agent statusu alacaq.

Qeyd edək ki, Vitsel 2018-ci ildən Borussia-nın formasını geyinir. (apasport)