14/05/2022
20:00
1100
| A A A
Juventus-dan Arsenal-a

Juventus-un futbolçusu Artur Melo komandadan ayrılmaq istəyir.

Goal.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ilə Arsenal yaxından maraqlanır. London təmsilçisi yayda 26 yaşlı futbolçu üçün Juventus-a təklif göndərəcək.

Artur Melo Juventus-a 2020-ci ilin yayında Barcelona-dan transfer olunub. Braziliya millisinin üzvü cari mövsümdə "ağ-qaralar"ın heyətində meydana çıxdığı 31 oyunda 1 qol ötürməsi ilə yadda qalıb. (sportal)