14/05/2022
22:15
1371
| A A A
Atletico Madrid Qrizmanı istəmir

Antuan Qrizmann Atletico Madrid-i tərk edə bilər.

Goal.az xəbər verir ki, Madrid klubu fransalı hücumçunun icarə müddətini artırmayacaq.

Barcelona-dan icarəyə götürülən futbolçunun yüksək maaşı Atletico-nu qane etmir. Hücumçuya verilən 18 milyon avronun qənaəti klubun maliyyə durumunu yaxşılaşdırmalıdır. Artıq bu barədə Qrizmann və onun nümayəndəsi rolunu yerinə yetirən bacısı da məlumatlandırılıb.

Qeyd edək ki, forvard ötən ilin sentyabrında sonradan transfer olunmaq öhdəliyi ilə bir illik icarəyə götürülüb. İcarə müqaviləsinə görə Atletico hücumçunu 40 milyona ala və ya icarə müddətini bir illik artıra bilər. (apasport)