İstanbul Başakşehir Həmid Ağalarov transferindən imtina etdi
Ufa hücumçusu Həmid Ağalarovu yay transfer pəncərəsində komandadan göndərmək niyyətindədir.
Goal.az xəbər verir ki, rusiyalı futbolçu İstanbul Başakşehir-ə təklif olunmuşdu. Ufa Həmid üçün 3 milyon avro + bonuslar tələb edir. Bu qiymət İstanbul təmsilçisinə sərf etmədi və onlar Həmid transferindən geri çəkildi.
Qeyd edək ki, bu mövsüm Həmid Ufa-nın heyətində 27 oyun keçirib və 18 qol vurub.