18/05/2022
13:49
2282
| A A A
Barcelona-nın yeni transfer hədəfi

Barcelona müdafiə xəttini daha bir futbolçu ilə gücləndirməyə qərar verib.

Goal.az xəbər verir ki, İspaniya klubu Fransa millisinin müdafiəçisi Jül Kundenin xidmətində maraqlıdır.

Sevilla-nı tərk etmək istəyən futbolçu Xavinin transfer siyahısında yer alıb. Ötən yay Chelsea-yə keçidi baş tutmayan Kunde daha iddialı klubda oynamaq niyyətindədir.

Barcelona-nın heyətində görmək istədiyi müdafiəçilər arasında Kalidu Kulibali də var. Lakin Xavinin Sevilla-nın idman direktorunun müavini Fernando Navarro ilə şəxsi münasibətlərinin yaxşı olması hesabına Kundenin keçidinə təkan verə bilər. (apasport)