24/05/2022
14:00
3647
| A A A
Barcelona-da ayrılıq

Wolverhampton-un vingeri, icarə əsasında Barcelona-da oynayan Adama Traore İngiltərəyə qayıdacaq.

Goal.az xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi ispaniyalı forvardı komandada saxlamaq niyyətində deyil.

Traorenin Wolverhampton-la müqaviləsi 2023-cü ildə sona çatacaq.

Barça onu 30 milyon avro qarşılığında transfer etmək hüququna sahibdi. Amma futbolçunun performansı Xavini razı salmadığından buna ehtiyac görməyib. (sportinfo)