24/05/2022
15:25
5906
| A A A
Jesus daha bir klubun hədəfinə düşüb

Tottenham Manchester City-nin hücumçusu Qabriel Jesusu almağa hazırdır.

Goal.az xəbər verir ki, Tottenham-in baş məşqçisi Antonio Konte Jesusun Harri Keynlə birlikdə hücum xəttində olmasını istəyir. Futbolçunun özü də bu yay komandasını dəyişməyin əleyhinə deyil.

Braziliyalı futbolçunun xidmətində Arsenal da maraqlıdır.

Jesus bu mövsüm Manchester City-nin heyətində 41 oyun keçirib, 13 qol vurub və 12 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2023-cü ilin iyununa qədərdir.