Leicester-dən Chelsea-yə
Chelsea yay transfer pəncərəsində heyətinə yeni müdafiəçi qatacaq.
Goal.az xəbər verir ki, "zadəganlar" mövsümün sonu 2 əsas müdafiəçisi ilə yollarını ayıracaq (Kristensen və Rüdiqer). Bu səbəbdən Chelsea rəhbərliyi bir neçə müdafiəçi variantını nəzərdən keçirir. Namizədlərdən biri isə Leicester-in türkiyəli futbolçusu Çağlar Söyüncüdür.