Poqbanın keçəcəyi klub məlum oldu
Manchester United-in yarımmüdafiəçisi Pol Poqba mövsümün sonu klubu tərk edəcək.
Goal.az xəbər verir ki, fransız futbolçu karyerasına keçmiş klubu Juventus-da davam edəcək. Poqba bu mövsüm MU-nun heyətində 20 oyun keçirib, 1 qol vurub və 9 assist edib.
Qeyd edək ki, Poqba 2016-cı ildə 105 milyon avro qarşılığında Juventus-dan MU-ya keçid edib.