26/05/2022
20:24
9063
| A A A
Real Madrid-dən Galatasaray-a

Real Madrid-lə yayda müqavilə müddəti başa çatacaq İsko Alarkon karyerasını Türkiyədə davam etdirə bilər.

Goal.az xəbər verir ki, Galatasaray menecerlər vasitəsilə ispaniyalı vingerlə görüş keçirib. 30 yaşlı futbolçu İstanbul klubundan 3,5 milyon avro maaş və 3 illik müqavilə tələb edir.

Qeyd edək ki, İsko ötən mövsüm "kral klubu"nun heyətində meydana çıxdığı 17 matçda 2 qol vurub.