27/05/2022
16:53
2985
| A A A
Manchester United-in 70 milyon avroluq hədəfi

Manchester United Leipzig-in yarımmüdafiəçisi Kristofer Nkunku ilə maraqlanır.

Goal.az xəbər verir ki, “qırmızı şeytanlar” futbolçunun transferi üçün 70 milyon avro təklif etməyə hazırdır.

Qeyd edək ki, 24 yaşlı Nkunku ötən mövsüm bütün turnirlərdə 51 oyunda 35 qol vurub və 20 məhsuldar ötürmə edib.