28/05/2022
12:33
2262
| A A A
PSG Ramos və Navasla bağlı qərar verib

PSG müdafiəçisi Serxio Ramos və qapıçısı Keylor Navasla bağlı qərar verib.

Goal.az xəbər verir ki, Paris təmsilçisi hər 2 futbolçunu heyətində saxlayacaq. Lakin heç biri əsas heyət oyunçusu olmayacaq.

Qeyd edək ki, Ramosun PSG ilə 2023-cü, Navasın isə 2024-cü ilə qədər müqaviləsi var.